Maide.az

ABŞ-da məktəbdə bomba partlayıb

Oktyabrın 15-də Elena (Montana ştatı, ABŞ) şəhərindəki ibtidai məktəbdə əldəqayırma partlayıcı qurğu işə düşüb.   Hadisə nəticəsində xəsarət alan olmayıb.   Məlumata əsasən, partlayıcı qurğu bu gün səhər Rossiter adlı ibtidai sinfin meydançasında tapılıb:   "Tez bir zamanda qurğu partlayıb. Yaralanan olmayıb".   Hadisə yerinə Federal Təhqiqat Bürosunun və Montana Post Patrul Xidmətinin əməkdaşları gəliblər. /Trend