Maide.az

ABŞ-da məktəbdə atışma olub

ABŞ-ın Kentukki ştatında ali məktəbdə atışma olub.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə yerli polisin "Twitter" səhifəsində bildirilir.   Məlumatda deyilir: "İki tələbə həlak olub. Biri qadın, biri kişi. Atəş açan şəxs tələbə olub. 15 yaşlı tələbə polislər tərəfindən saxlanılıb".   Polisin məlumatına görə, atışma nəticəsində daha 19 nəfər yaralanıb.