Maide.az

ABŞ-da kütləvi atışma: 2 nəfər ölüb, 13 nəfər yaralanıb

ABŞ-ın Nyu-York ştatının Roçester şəhərində baş verən kütləvi atışma nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.   Məlumatı “BNO News” yayıb.   Bildirilib ki, hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Əraziyə giriş-çıxış bağlanıb.     Qeyd edək ki, bu şəhərdə afro-amerikalıların "Black Lives Matter” hərəkatının növbəti etraz aksiyası keçirilib.