Maide.az

ABŞ-da koronavirusa yoluxanlar artır

Çinin Uhan şəhərindən təxliyə edilmiş Amerika vətəndaşları arasında koronavirusa 15-ci yoluxma hadisəsi qeydə alınıb.   Bu barədə “Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir.   Ölkənin Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Mərkəzinin məlumatına görə, pasiyent fevralın 7-dən Uhandan təxliyə edilib və Texasda hərbi bazada karantində olub. O, hazırda ətraf aləmdən təcrid edilib və hospitalda tibbi yardım alır.   "ABŞ-da da COVID-19 xəstəliyinə yoluxma hallarının ümumi sayı 15-ə çatdı. Ehtimal ki, yaxın günlərdə və həftələrdə Uhandan qayıdan həmçinin başqa insanlar arasında yeni yoluxma halları qeydə alınacaq", - mərkəzin yaydığı xəbərdə deyilir.   Qeyd edilir ki, karantində 600-dən çox insan var.