Maide.az

ABŞ-da kimya zavodunda partlayış - Yaralılar var

ABŞ-ın İllinoys ştatında kimya zavodunda partlayış baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində azı dörd nəfər xəsarət alıb. Hazırda partlayış anında zavodda nə qədər işçinin olduğu müəyyənləşdirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Polis partlayışın səbəbləri ilə bağlı araşdırma aparır.