ABŞ-da islamofobiya əleyhinə yürüş keçiriləcək
Bir qrup amerikalı müsəlmanlar digər din və ictimai fəalların liderləri ilə birlikdə iyulun 23-nə ABŞ-da odlu silahların həddindən artıq yayılması, ekstremizm və islamofobiya əleyhinə yürüş keçirməyi planlaşdırıb. Maide.Az xəbər verir ki, Amerikalı müsəlmanların yürüşü iyulun 23-də Vaşinqtonda keçiriləcək. Tədbir zamanı qınağa terrorizm və ekstremizmin bütün formaları, o cümlədən, islamofobiya da məruz olacaq. /