ABŞ-da insanlar etiraz etdi: 4 polis öldürüldü
Amerika polisi bildirir ki, Texas ştatının Dallas şəhərində polisə atəş açılıb və nəticədə 4 polis nəfəri öldürülüb. Maide.Az xəbər verir ki, məlumatda daha 11 polis nəfərinin yaralandığı bildirilir. Polislərə atəş elə bir vaxta açılıb ki, ABŞ-ın Dallas şəhərində (Texas ştatı) bütün gecə minlərlə insan etiraz aksiyası keçirib. Aksiya iğtişaşlara çevrilib. Etirazlar polis əməkdaşları tərəfindən iki qaradərili şəxsi qətlə yetirilməsindən sonra başlayıb. Məlumatda bildirlir ki, polislərə atəş açıldıqdan sonra bir neçə nəfər saxlanılıb,lakin onları aksiyada iştirak etdikləri üçün yoxsa polislərə atəş açdıqları üçün saxlanılması bildirilməyib.