Maide.az

ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Kaliforniya ştatında helikopterin qazaya uğraması nəticəsində 2 nəfər ölüb.   Maide.az xəbər verir ki, insident Maklellan-Palomar hava limanında qeydə alınıb.   Bildirilir ki, helikopter yerə eniş edərkən qəzaya uğrayıb. Aeroport müvəqqəti olaraq bağlanıb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.