Maide.az

ABŞ-da hava limanında atışma: 5 ölü, 45 yaralı

ABŞ-ın Fort-Loderdeyl şəhərinin hava limanında atışma baş verib.    RİA novostinin məlumatına görə, Florida ştatında Fort-Loderdeyl hava limanında baş verən atışma nəticəsində ən azı 5 nəfər həlak olub, 45  nəfər yaralanıb.     Şübhəli şəxs saxlanılıb   ABŞ-ın Fort-Loderdeyl şəhərində hava limanında atəş açan, 26 yaşlı Esteban Santyaqonun psixoloji problemləri olub.   APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun qardaşı Brayan Santyaqo bildirib.   Onun sözlərinə görə Nyu-Cersidə anadan olan Esteban iki yaşında valideynləri ilə birgə Puerto-Rikoya köçüb. 2010-cu ildə ABŞ ordusunun mühəndis-istehkam batalyonunun heyətində İraqa yollanıb. Hərbi xidməti başa vurduqdan sonra Alyaska ştatında məskunlaşıb,  psixoloji durumunda problem yarandığı üçün müalicə kursu keçib..