Maide.az

ABŞ-da hərbi helikopter qəzaya uğrayıb

ABŞ-ın Kolorado ştatında “Black Hawk” hərbi helikopteri qəzaya uğrayıb.   Fort-Karson hərbi bazasından havaya qalxan helikopter Duqlas dairəsində meşəlik ərazidə yerə düşüb.   PzFeed portalı xəbər verir ki, helikopterin göyərtəsində olan 4 nəfərdən 3-ü xəsarət alıb. Rəsmi mənbələr bu məlumatı hələ ki, təsdiq etməyib.   Polis hadisə yerinə təcili yardım helikopterinin  göndərildiyini bildirib.