Maide.az

ABŞ-da həbsxanada iğtişaş baş verib, ölən və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatında “Folsom” həbsxanasında baş vermiş iğtişaş nəticəsində 1 nəfər ölüb.   İnsident avqustun 12-də qeydə alınıb.   Daha 5 dustağın müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. İlkin məlumata əsasən, həbsxana əməkdaşlarına zərər dəyməyib.   Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.