Maide.az

ABŞ-da gün ərzində ikinci atışma olub, ölənlər var

ABŞ-da gün ərzində ikinci atışma olub.   Bu barədə yerli WUFT telekanalı polisə istinadən məlumat yayıb.   Məlumata görə, hadisə Florida ştatında qeydə alınıb. Leyklend şəhərində yaşayış evində naməlum şəxs 2 nəfəri güllələyib. O, sonra özünə qəsd edib.   Hadisə zamanı evdə yaşları 10-a qədər olan 4 uşaq olub. Onlar hər hansı xəsarət almayıblar.   İnsidentin digər təfərrüatları açıqlanmır.   Daha əvvəl ABŞ-ın Şimali Karolina ştatının Hay-Poynt şəhərində naməlum şəxs ətrafdakılara atəş açıb, azı 6 nəfər yaralanıb. /Report