Maide.az

ABŞ-da güclü yağış 13 nəfəri öldürdü

ABŞ-ın Kaliforniya ştatında leysan yağışlarının səbəb olduğu sel axınları nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Santa Barbara dairəsi şerifinin ofisinin nümayəndəsi Kelli Xuver deyib.   O həmçinin əlavə edib ki, təbii fəlakət nəticəsində daha 25 nəfər xəsarət alıb.   50 nəfərin xilas edildiyi bildirilir.   Bölgə rəhbərliyi əhalini yeni daşqınların mümkünlüyü barədə xəbərdar edib.