Maide.az

ABŞ-da etiraz aksiyası zamanı kütləyə atəş açılıb, ölənlər var

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.   Bu barədə yerli polis məlumat yayıb.   Polisin bildirdiyinə görə, şənbə günü axşam saat 6 radələrində naməlum şəxslər Atlantanın şərqindəki “Edgewood” ərazisində etiraz aksiyasına toplaşan kütləyə avtomobildən atəş açıblar.   Yaralılar ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.    Hadisə ilə bağlı araşdırma başladılıb. /APA