Maide.az

ABŞ-da etiraz aksiyası: saxlanılanlar var

ABŞ-ın Şarlott şəhərinin sakinləri etiraz aksiyası keçiriblər.   Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sakinlərin etirazına səbəb prokurorluğun afroamerikalıya atəş açan polis zabitinə qarşı ittiham irəli sürülməməsi barədə qərarı olub.   Aksiya zamanı 4 nəfər saxlanılıb.   Qeyd edək ki, 43 yaşlı afroamerikalı Kit Lamont Skott sentyabrda polis tərəfindən güllələnmişdi.   Ümumiyyətlə, son günlər ABŞ-da polisin qaradərili vətəndaşlara atəş açması halları artıb. Lakin heç bir polis əməkdaşına qarşı ittiham irəli sürülməyib.