Maide.az

ABŞ-da daha bir silahlı insident: 1 ölü, 4 yaralı

ABŞ-da silahlı insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.   Hadisə Ohayo ştatının Klivlend şəhərində baş verib.   Naməlum şəxs atəş açaraq 5 nəfəri yaralayıb. Aralarında hamilə qadının olduğu yaralılar xəstəxanaya çatdırılıb. Onlardan biri orada ölüb.   Atəş açan şəxsin kimliyi və motivi məlum deyil. Polis araşdırma aparır.