Maide.az

ABŞ-da baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Nyu York şəhərindən 50 km şərqdə yerləşən Vayanda şəhərində baş vermiş atışma nəticəsində iki qadın və bir kişi ölüb, daha bir qadın isə yaralanıb. Silahlı şəxs içərisində 4 nəfərin olduğu avtomobilə yaxınlaşaraq atəş açıb.    Cinayətkar hələ ki saxlanılmayıb. Hadisə yerində silah aşkarlanmayıb.     Qətlin motivləri də hələlik məluma deyil.