Maide.az

ABŞ-da atışma olub: ölən və yaralılar var

ABŞ-ın Siettl şəhərində naməlum şəxs atəş açıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.   Bu barədə şəhər polis idarəsinin "Twitter" səhifəsində bildirilib.   Məlumata əsasən, şübhəli şəxs hadisə yerindən qaçıb. Hazırda o hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılır.   Atışma turistlər arasında populyar olduğu yerdə açılıb. 9 və 55 yaş arasındakı 5 yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. /Trend