Maide.az

ABŞ-da atışma, 7 ölü - Video

ABŞ-ın Miluoki şəhərində pivə istehsalı ilə məşğul olan “MolsonCoors” kompaniyasında atışma olub.   Maide.Az  "Anadolu"ya  istinadla xəbər verir ki, insident nəticəsində cinayətkar daxil olmaqla, yeddi nəfər həyatını itirib.   Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Versiyalardan birinə görə, cinayətkar kompaniyanın keçmiş əməkdaşıdır. O, bir müddət əvvəl işdən çıxarılıb.   Hadisə yerindən kadrları “TMJ4”ün jurnalisti Loren Linder yayımlayıb.