ABŞ-da 6 polis əməkdaşı qaradərili gəncin qətlində ittiham olunur
ABŞ məhkəməsi altı polis əməkdaşını Baltimor şəhərində qaradərili Freddi Qreyin qətlə yetirilməsində təqsirkar hesab edib. Məlumata görə, bu barədə prokuror Merilin Mosbi məlumat verib. Onun sözlərinə görə, işə yuxarı instansiya məhkəməsi tərəfindən iyunun 2-də baxılacaq. Qeyd edək ki, bundan əvvəl polislərin vəkilləri prokurorun prosesdən kənarlaşdırılmasını tələb ediblər.