Maide.az

ABŞ-da 6,5 bal gücündə zəlzələ olub

ABŞ-ın Aleut adaları yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib.   APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okean akvatoriyasında, ocağı 103 km dərinlikdə yerləşib.   Dağıntılar və xəsarət alanlar barədə xəbər verilmir.