Maide.az

ABŞ-da 2000 illik yaşı olan İncil əlyazması internetdə satıldı

Nyu-York Times qəzeti təxminən 2000 illik yaşı olan İncilin (Xristianların müqəddəs kitabı) əlyazısı versiyasını eBay saytında hərracda satıldığını yazıb.   Maide.az xəbər verir ki, ABŞ-ın Texas universitetinin dosenti Jeffrey Smith İncilin bu versiyasını 99 dollar baza qiymətinə eBay hərrac saytından əldə edib.     Britaniyanın “Daily Mail” qəzetinin məlumatına görə, bu əlyazısı təxminən 2000 illik (250-350 illəri arasında) tarixə malikdir.   İncilin bu əlyazması yunan dilində yazılmış mətnin altı xətti Yuhannanın (Hz. İsa peyğəmbərin həvariləri) ilk məktubundan, 50-51 – ci ayələr və naməlum xristian mətnindən ibarətdir.