ABŞ-da 16 min insan mövsümi qripdən ölüb
Yayılan hesabatlar ABŞ-da 16 min insanın mövsümi qripdən həyatını itirdiyini göstərir. Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, "Havay Nyus Nau"un məlumatına əsasən, ABŞ-da xəstəliklərə qarşı tədbir və nəzarət etmə mərkəzinin (CDC) nəşr etdiyi hesabatda ABŞ-da mövsümi qripdən 105-i uşaq olmaqla 16 min adamın həyatını itirdiyini bildirilib. Hesabatda, həmçinin keçən il ABŞ-da 29 milyon insanın qripə yoluxduğu, 19 milyon insanın həkimə müraciət etdiyini və onlardan 280 mininin xəstəxanada müalicə aldığı qeyd olunub. ABŞ-da qrip xəstəliyi can almağa davam edərkən, ABŞ xalqı ölkədə koronavirusun yayılmasından narahatdır. Bəzi mənbələr ABŞ-da koronavirusa yoluxmanın olduğunu, ancaq hökumət səlahiyyətlilərinin bu mövzunu hələ də ört-basdır etdiklərini bildirir.