Maide.az

AB-dən addım: COVİD-19 pasportu hazırlana bilər

Avropa Birliyinin (AB) Turizm nazirləri pandemiyanın turizm sektoruna təsiri ilə bağlı videokonfrans keçirib.   Maide.Az "axar.az"a istinadla xəbər verir ki, Xorvatiyanın Turizm naziri Qari Kappelli AB-nin ortaq səyahət protokolu və “COVİD-19 pasportu” üzərində çalışdıqlarını açıqlayıb.   O bildirib ki, bu pasport səyahət etmək istəyən hər bir AB vətəndaşının virusla bağlı etibarlı testə sahib olduğunu göstərəcək.   Yunanıstan tərəfi isə bildirib ki, turist testdən öz ölkəsində keçməlidir:   “Tutaq ki, bir Almaniya vətəndaşı Yunanıstanı ziyarət etmək istəyirsə, bu test Almaniyada aparılmalıdır”.