Maide.az

ABŞ-a meteorit düşdü (VİDEO)

ABŞ-ın Detroyt şəhəri yaxınlığında meteorit düşüb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, meteoritin düşmə faktını ABŞ-ın Geologiya Xidməti təsdiqləyib.   Qeyd olunur ki, meteorit Nyu-Heyven qəsəbəsindən 8 kilometr məsafədə düşüb. Hadisə nəticəsində 2 bal gücündə zəlzələ də qeydə alınıb.   Hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.   Meteoritin düşmə anının görüntüləri sosial şəbəkədə yayılıb.