‘YouTube’ də ‘Taliban’ a qadağa qoydu
YouTube saytı "Taliban" a aid hesabları və onu dəstəkləyən paylaşımları qadağan etdiyini açıqlayıb. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Google şirkətinin Youtube kanalı bu gün yayımladığı məlumatda bildirib. Qeyd edək ki, bir neçə gün öncə “Facebook” da “Taliban”a aid hesabları və onu dəstəkləyən paylaşımları qadağan etdiyini bildirmişdi. Məlumatda bildirilib ki, “Taliban” ABŞ qanunlarına görə terror təşkilatı sayılır və belə təhlükəli qrupların bizim şirkət xidmətlərimizdən istifadəsinə icazə verilməyəcək. Sözügedən qərarın “Instagram” və “Whatsapp” sosial şəbəkələrinə də aid olduğu bildirilib.