Əfqanıstanlı rəsmi: ABŞ Əfqanıstanı Talibanla mübarizədə tək qoydu
Dünya Əfqanıstandan üz döndərib və ABŞ da Əfqanlıları Talibanla mübarizədə tək qoyub. Maide.Az xəbər verir ki, bunu Qətərdə Əfqanıstanda sülh müzakirələrində iştirak edən nümayəndə heyətinin üzvi Fatimə Cilani deyib. O qeyd edib ki, bu müharibə 43 ildir ki, davam edir. “Ölkə davamlı olaraq od içindədir. Əfqanıstan yalnız son illər sülhün qoxusunu duymuşdu lakin hazırda müharibə odu yenidən alovlanıb”. Xanım F.Cilani deyib ki, bizim üçün ABŞ-ın nə düşündüyü önəmli deyil, bizim üçün önəmli olan Əfqanıstan xalqının nə düşündüyüdür. “Bizim ölkədə sülhün təmini üçün siyasi həl yoluna ehtiyacımız var." Qeyd edək ki, cümə axşamı günü Qətərdə ABŞ, Rusiya və Çinin , eləcədə Əfqanıstandakı münaqişə tərəflərinin iştirakı ilə Əfqanıstanda sülh məsələsi müzakirə olunub. Danışıqlarda Əfqanıstanda sülhün təmini üçün təcili tədbirlər görülməsinin zərurəti vurğulanıb.