Maide.az

Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir

Səudiyyə rejimi və BƏƏ  Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir.    Maide.Az “Russia Today”-ə istinadla xəbər verir ki, bunu Yəmənin Ali İnqilab Komitəsinin sədri və Ənsarullah hərəkatının ali siyasi şurasının üzvi Məhəmməd Əli Əl-Husi  Sənada mühasirə əleyhinə keçirilən  mitinqdə çıxışında deyib.    O bildirib ki, Beynəlxalq qanunlar heç bir ölkəyə icazə vermir ki, Yəmən xalqını mühasirədə saxlasın.  "Yəmənin mühasirədə saxlanılması  sübut edir ki,  Səudiyyə Ərəbistanının başçılıq etdiyi  koalisiyası Yəmən xalqının tək - tək bütün əhalisini heç bir istisna olmadan hədəfə alıb."    Əl-Husi bildirib ki,  əslində bu Amerikadır ki, Yəmən xalqını  mühasirədə saxlayır onları qətliam edir. Səudiyyə Ərəbistanı və BƏƏ  ABŞ-ın bu çirkli planının  icrasında bir vasitədirlər.    O qeyd edib ki, Yəmən xalqı mühasirədədir amma  mühasirəni yaratmaqda ittiham olunur.  "Bu iddia  faktları təhrif etməkdir və əlbətdə Amerika bu kimi saxtakarlıq etməyə öyrəşib."