Maide.az

‘Aİ-98’ markalı benzinin qiyməti bahalaşıb

“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.   Maide.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.   O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:   Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti 1,55 AZN idi.