Maide.az

Əfqanıstanın şərqində sel daşqınlarında ölən və itkin düşənlərin sayı 180-ə çatıb

Əfqanıstanın Nuristan əyalətində baş verən sel daşqınları nəticəsində ölənlər və itkin düşənlərin sayı 180-i keçib.   Bu barədə Nuristan əyalətinin valisi Hafiz Əbdülqəyyum məlumat verib.   Bildirilib ki, əyalətin Kamdiş rayonunda baş verən sel daşqınları nəticəsində ölənlər və itkin düşənlərin sayı 180-i keçib.   Əlavə edilib ki, sel daşqınları rayonda yolları və körpüləri sıradan çıxarıb.   Bundan savayı bölgənin Talibanın nəzarətində olması ərazilərə yardımların çatdırılmasına maneə yaradan amillərdəndir.   Bu sel daşqınlarında yüzdən çox ev dağılıb. /BBC.Farsi /