Maide.az

'Əl-Vifaq' Cəmiyyətinin baş katibi Şeyx Əli Salman həbsinin 6-cı ildönümündə

Bəhreynin "Əl-Vifaq" Cəmiyyətinin baş katibi Şeyx Əli Salman həbsinin 6-cı ildönümündə həbsxanadan məktub ünvanlayıb.   Eastnews.org-un verdiyi xəbərə görə, Şeyx Əli Salman məktubunda heç bir halda peşman olmadığını vurğulayıb.   "Allaha itaət və məzlumların yanında olma yolunda 6 il keçirdiyim həbs həyatına görə peşman deyiləm", - deyə Şeyx Əli Salman diqqətə çatdırıb.   Xatırladaq ki, Şeyx Əli Salman ömür boyu həbs cəzasına məhkum edilib. Beynəlxalq təşkilatlar Şeyx Əli Salmanın həbsini siyasi sifarişli hesab edir.