Maide.az

‘E-Təbib‘ mobil tətbiqində icazələrin alınma qaydası açıqlandı

“E-Təbib” mobil tətbiqində icazələrin alınma qaydası açıqlanıb.   APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında yer alıb.   Qərara əsasən,  tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir.    -Mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir; giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;    -“Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir: 1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçid edilir;    - tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;    - icazənin növü seçilir (1 və ya 2);    - “Göndər” düyməsi sıxılır;    -“Təsdiq” və ya “İmtina” mesajı gələnə qədər gözləmə mesajı ekranda görünür;    -“Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.    Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatda və ya “E-Təbib” mobil tətbiqində icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.