Maide.az

‘WhatsApp’da mesajların avtomatik silinməsi funksiyası istifadəyə veriləcək

"Facebook" şirkəti "WhatsApp" messencerində müəyyən bir müddətdən sonra yazışmaların avtomatik silinməsinə imkan verəcək yeni funksiyanı işə salacağını elan edib.   "APA-Economics"in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.   "İtən mesajlar" adlanacaq bu funksiya aktivləşdirildiyi zaman göndərilən mesajlar 7 gündən sonra silinəcək. Sözügedən funksiyanın bir ay ərzində bütün istifadəçilər üçün əlçatan olacağı bildirilir.