Maide.az

Əfqanıstanda terror aktları törədilib, ölənlər var

Əfqanıstanda partlayışlar törədilib.   Bu barədə “Anadolu” agentliyi xəbər verir.   Qeyd edilir ki, hadisə ölkənin mərkəzi hissəsindəki Maydan Vardak əyalətində olub. Ayrı-ayrı ərazilərdə törədilən iki partlayış nəticəsində 5 nəfər ölüb. Həlak olanlar dinc sakinlərdir.   Məlumata görə, terrorçular mülki şəxslərin olduğu avtomobilin hərəkət etdiyi yolun kənarına partladıcı qurğu qoyublar.   Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.