Maide.az

Əhalinin pul gəlirləri azalıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk doqquz ayında əhalinin nominal gəlirləri (ƏNG) 41,6 milyard manat təşkil edib, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.   Rəsmi məlumatların təhlili göstərir ki, əhalinin pul gəlirləri bəlkə də 1990-cı illərin sonlarından bəri ilk dəfə olaraq azalıb.