Əfqanıstanda 2 vertolyot toqquşub, 15 hərbiçi ölüb
Əfqanıstanın Helmənd əyalətində 2 vertolyot toqquşub, 15 hərbiçi həyatını itirib. Maide.Az xəbər verir ki, bunu Helmənd əyalətinin Navə şəhərinin başçısı Turcan Helməndval deyib. O bildirib ki, vertolyotlar Taliban terror qruplaşması əleyhinə əməliyyatda iştirak edərkən toqquşub. Qeyd edək ki, son günlər Helmənd əyalətində dövlət qüvvələri və Taliban terror qruplaşma üzvləri arasında şiddətli döyüşlər gedir. Bu döyüşlərdə onlarla insan həyatını itirib, və minlərlə insan evlərindən didərgin düşüb.