Maide.az

İƏT Quranı təhqir edənlərin cəzalandırılmasını tələb etdi

İslami Əməkdaşlıq Təşkilatı (İƏT) keçən ay İsveçdə Qurani-Kərimi yandıraraq təhqir edən cinayətkarların cəzalandırılmasını tələb edib.   Maide.Az "İQNA"a istinadla xəbər verir ki, Pakistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəsi Xəlil Haşimi ötən gün İnsan Haqları Şurasının Cenevrədə keçirilən 25-ci ilcasında çıxış edib.   İslami Əməkdaşlıq Təşkilatının söçzüsü kimi çıxış edən Xəlil Haşimi keçən ay İsveçdə baş verən Quran yandırılması hadisəsinə işarə edərək vurğulayıb: "Əqidə azadlığı adı altında həyata keçirilən bu cinayəti izah edəcək bir şey yoxdur."   Xəlil Haşimi nümayəndəsi olduğu İƏT adından Quranı təhqir edən cinayətkarların məhkəməyə çıxarılması və cəzalandırılmasını istəyib.   Haşimi İƏT-nın Qərb ölkələrində İslam dini ilə düşmənçiliyin fonunda İslamofobiyanın geniş yayılmasından narahatçılığını bildirib.