Maide.az

Əfqanıstanda həbsxanaya hücumda 21 nəfər öldürülüb

Əfqanıstanın şərqindəki Nangarhar vilayətində böyük bir həbsxanaya hücumda 21 nəfər öldürülüb, 42-dən çox yaralı var.   Təhlükəsizlik əməkdaşları hücumda şübhəli İŞİD terror qruplaşmasını üzvlərini axtarırlar.   Hücum edənlərdən üçünün öldürüldüyü bildirilir.   Həbsxana ərazisi bağlanıb. AzadAvropa/AzadlıqRadiosu-nun Əfqanıstan xidmətinin müxbirləri atışmanın səngidiyini xəbər verir.   Avqustun 2-də yerli vaxtla axşam saat 6-da vilayət paytaxtı Calalabadda həbsxana qarşısında bomba qoyulmuş avtomobil partladılıb.   Atışma avqustun 3-nə keçən gecə davam edib. Silahlılar həbsxana yaxınlıqdakı binalardan təhlükəsizlik qüvvələri ilə döyüşü davam etdirib.   Rəsmilər 50-100 məhbusun qaçdığını, ancaq çoxunun yenidən yaxalandığını bildirir.   Bu həbsxanada 1700-dən talibançı və İŞİD terror qruplaşmasının üzvləri saxlanır.   İŞİD Amaq xəbər agentliyi vasitəsilə hücuma görə məsuliyyəti üzəridə götürüb.   Bu hücumdan bir gün öncə əfqan xüsusi qüvvələri İŞİD-in Calalabaddakı qərargahının kəşfiyyat rəisini öldürdüyünü açıqlayıb. /azadliq.org /