Maide.az

‘Telegram’da videozənglər funksiyası istifadəyə verilib

“Telegram” messencerində videozənglər funksiyası işə salınıb.   Maide.Az “ICTnews”a istinadla xəbər verir ki, “Durov kodu” nəşrinin məlumatına görə, test mərhələsində olan funksiyadan hazırda “iOS” istifadəçiləri yararlana bilərlər.   Məlumata görə, bunun üçün “App Store” mağazasında messencerin “6.3” adlı aktual versiyasının yüklənməsi tələb olunur. Sonra “Experimental Feature” (Eksperimental funksiyalar) funksiyasının aktivləşdirildiyi “Debug” menyusunu açmaq üçün proqramdakı quraşdırmalar işarəsi üzərinə 10 dəfə basmaq lazımdır. Bundan sonra profilə daxil olaraq fotoşəkilin üzərinə gəlmək və funksiyadan istifadə etmək lazımdır.   Bu zaman həmsöhbətin eyni hərəkətləri yerinə yetirməsi vacibdir, əks halda, videozəng etmək mümkün olmayacaq.