Maide.az

‘Birinci kurslar dərslərə sentyabrın 15-dən başlamaya bilər’ - DİM sədri

Universitetlərə yeni qəbul olunmuş birinci kurslar müxtəlif səbəblərdən sentyabrın 15-dən dərslərə başlamaya bilər.    Modern.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.   O bildirib ki, II-IV kurslarda təhsil alan tələbələr üçün hər hansı problem yoxdur:    “Bu, sadəcə bir ehtimaldır və ola bilər ki, nəticələr əsasında ayın 15-nə kimi yerləşdirməni çatdıra bildik. Yəni yerləşdirmə ola bilər ki, bitsin, ancaq boş qalan yerlərə qəbul bizim vaxtımızı ala bilər”.