Maide.az

Əfqanıstan və Pakistan sərhədçiləri arasında atışma baş verib, azı 8 ölü var

Əfqanıstanın Pakistan sərhəd zolağında yerləşən Künər əyalətinin Sar-Kanuy bölgəsində iki ölkənin sərhədçiləri arasında atışmalar baş verib.   Bu barədə Künər əyalətinin rəsmi mənbələri məlumat veriblər.   Ötən gün baş verən qarşıdurma 5 saat çəkib.   Məlumata görə Pakistan tərəfindən atılan mərmilər nəticəsində Sar-Kanuy rayonunun sərhəd bölgəsində azı 8 mülki şəxs həlak olub.   Məlumata görə 11-i mülki şəxs və 3-ü sərhədçi olmaqla 14 nəfər yaralanıb.   Qeyd edək ki, bölgədə 5 ay bundan öncə də iki ölkə sərhəd qüvvələri arasında qarşıdurma baş verib.   Əfqanıstan tərəfi iddia edir ki, Pakistan qüvvələrinin sərhədi tez-tez və qanunsuz şəkildə keçməsinə qarşılıq verib. /SalamNews /