Əhalinin təhsil xərcləri 9,9 faiz artıb
2019-cu ildə Azərbaycan vətəndaşları təhsilə 746,9 milyon manat xərcləyiblər ki, bu da əvvəlki illə müqayisədə 9,9% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən Turan-a məlumat veriblər. Rəsmi rəqəmlərə görə, son beş ildə əhalinin təhsil xərcləri 54% artıb. Bu, əsasən məktəbəqədər təhsildən ali məktəbə qədər bütün səviyyələrdə təhsilin qiymətinin artması ilə əlaqədardır.