Maide.az

‘Taliban’ qruplaşma üzvləri polisə hücum edib, ölən və yaralanan var

“Taliban” terror qruplaşma üzvləri Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu edib, 7 polis əməkdaşı öldürülüb.    Maide.Az “Report”a istinadla xəbər verir ki, bunu yerli polisin nümayəndəsi Mohibullah Mohib deyib.    Qeyri-rəsmi mənbə isə bildirib ki, hücum nəticəsində 3 polis əməkdaşı yaralanıb, 7 “taliban”çı zərərsizləşdirilib.   “Taliban” hərəkatı hücumla bağlı açıqlama verməyib.   Qeyd edək ki, mayın 28-də Əfqanıstanın şimal-şərqində yerləşən Parvan əyalətində ordu ilə “Taliban” qruplaşma üzvləri arasında baş verən atışma nəticəsində azı 7 hərbçi həyatını itirmişdi.