‘Taliban’ növbəti dəfə hücum etdi - 8 hərbçi həlak olub
Əfqanıstanın şərqindəki Paktiya əyalətində “Taliban”silahlıları nəzarət-buraxılış məntəqələrinə hücum edib. Maide.Az Trend-ə istinadla xəbər verir ki, bir neçə hücum nəticəsində azı 8 hərbçi həlak olub. Daha 9 hərbçi yaralanıb. Qeyd olunur ki, silahlılar starteji su bəndi yaxınlığında məntəqələrə hücum edib. Hərbçilərin cavab atəşi nəticəsində 9 “Taliban” üzvü zərərsizləşdirilib, 9 nəfər yaralı olaraq ələ keçirilib.