Maide.az

Əfqanıstanda hərbçiləri aparan avtomobil partladıldı - 18 ölü

Əfqanıstanın cənubundakı Hilmənd əyalətində hərbçiləri aparan avtomobil partladılıb.   Maide.Az Trend-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 18 hərbçi həlak olub.   Qeyd olunur ki, avtomobil nəzarət-buraxılış məntəqəsi yaxınlığında partlayıb. Hadisə ilə bağlı “Taliban” radikal hərəkatı məsuliyyəti üzərinə götürüb.   Xatırladaq ki, bir neçə gün əvvəl “Taliban” ölkənin şimalında nəzarət-buraxılış məntəqəsinə hücum edib. Həmin hadisə zamanı 5 hərbçi həlak olub.