Maide.az

Şəban ayının son günləri üçün İmam Rzadan (ə) tövsiyələr

  İmam Rza (ə) Əbüssəltə  buyurdu: "Şəban ayının çox hissəsi  geridə qaldı. Bu ayın geridə qalan günlərindəki səhlənkarlıqları onun qalan günlərində yerinə yetirəcəyin yaxşı əməllərlə aradan qaldır və bu günlərdən daha çox bəhrələn:   1. Çoxlu  dua və istiğfar et, Quran oxu;   2. Günahlarından tövbə et ki, Ramazan ayında özünü Allah üçün xalis etmiş olasan;   3. Kiminsə əmanət və haqqı boynunda qalmasın;   4. Əgər möminlərdən kiməsə kin saxlayırsansa, onu qəlbindən çıxart;   5. Təqvalı ol və keçmiş  pis işlərindən çəkin;   6. Aşkar və gizli işlərində  Allaha təvəkkül et;     7. Bu duanı təkrar-təkrar oxu:   اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى‏ مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ Əllahummə illəm təkun ğəfərtə lənə fimə məzə min Şə`bən, fəğfir lənə fimə bəqiyə minhu.   "İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla!"   Maide.Az