Maide.az

‘Azərbaycan məscidləri’ foto-sərgisi keçiriləcək

Bakı Fotoqrafiya Evi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı “Azərbaycan məscidləri” adlı foto-sərgi elan edir!   Maide.Az bildirir ki, Bakı Fotoqrafiya Evi növbəti dəfə “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı ilə birlikdə “Azərbaycan məscidləri” adlı foto-sərginin keçirilməsi ilə bağlı elan verir.    Həvəskar və peşəkar fotoqrafların iştirak edə biləcəyi Foto-sərgi 19.03.2020-ci tarixdən 01.04.2020-ci il tarixinədək 10 gün davam edəcəkdir. Sərgidə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Diqqət!   İştirak etmək arzusunda olan hər kəs çəkdiyi fotoları 15 mart 2020-ci il tarixinədək sergi@artscouncil.az elektron ünvana göndərə bilər:   Sərginin nümayiş məkanı: İçərişəhər, İ. Əfəndiyev küç,47, Bəylər məscidi