Maide.az

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.   APA-nın xəbərinə görə, səfər fevralın 24-25-nə nəzərdə tutulur.   Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.   Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.