Şəmkirdə ağır yol qəzası baş verib, 3 nəfər ölüb
Şəmkirdə ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax yolunun Şəmkir rayon Əliyaqublu kəndinin ərazisindən keçən hissəsində olub. "VAZ-2106" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb.