Əfqanıstanda Universitetdə partlayış, xəsarət alanlar var
Əfqanıstanın Qəzni əyalətindəki bir universitetdə baş verən partlayış nəticəsində 20 nəfər yaralanıb. Maide.Az "Anadolu" agenltiyinə istinadla xəbər verir ki, partlayış ali məktəbin fakültələrindən birində dərs keçirilən zaman baş verib. Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, 3 yaralının vəziyyəti ağırdır. Hələlik terror hadisəsini heç bir təşkilat öz üzərinə götürməyib.